Çəkisi normadan bir az yuxarı olan yaşlı insanlar çəkisi az olanlardan daha uzun yaşayır.
Bu barədə herontoloq, professir Yuriy Konev danışıb.
O, yaşlı xəstələrlə daha çox işləyir. Həkim son elmi tədqiqatların piylənməsi olmadan, çəkisi normanın sərhədini bir qədər keçən insanların çox arıq və çəkisi normadan az olanlardan daha uzun ömür yaşadığını göstərdiyini də deyib.
Belə ki, çəki normativini bir qədər aşmaq orqanizmin dar gün üçün rezervini sanki artırır.
Bu immun sistemə dəstəkdir. Yaşlı insanın sümük, əzələ sisteminin yetərincə olması onu xəstəliklərə davamlı edir.
Yaşlı orqanizmə ac qalmaq və dietalar zərərlidir.
Arıqlama barədə reklamlar insan ömrünü qısaldır. 50 yaşdan sonra dieta təhlükəlidir, 60 yaşdan sonra arıqlamaq isə ölümcüldür". \\Medicina