Qoz arakəsmələri çox qiymətli müalicəvi məhsuldur.Onlar çox zəngin kimyəvi tərkibə malikdir - orqanik turşular, qlikozidlər, alkaloidlər, yod, kalium, maqnezium, sink, büzücü maddələr və s.
Arakəsmələrin saymaqla bitməyən faydaları var:
- mikrobəleyhinə təsir edir
- orqanizmi möhkəmləndirir
- şişəleyhinə təsirə malikdir
- ürək-damar sisteminə müsbət təsir edir, damarları təmizləyir
- immuniteti möhkəmləndirir
- yod çatışmazlığı zamanı ən təsirli təbii vasitədir
- büzücü təsirə malik olduğundan babasil zamanı yaxşı kömək edir
- sinir sisteminə müsbət təsir edir, sakitləşdirir, yuxunu və yaddaşı yaxşılaşdırır
- təzyiqi salır
- bağırsaqları "yığır", ishal zamanı təsirlidir
- öskürək zamanı yardım edir
- kişi cinsiyyət sisteminə müsbət təsir edir, prostatit zamanı yardım edir
- boğazda və ağız boşluğunda iltihabları azaldır, damaqları möhkəmləndirir.
Qoz arakəsmələrinin dəmləməsi belə hazırlanır:Qazana 1 stəkan qoz arakəsmələri, üzərinə 4 stəkan soyuq su tökün, odun üzərinə qoyun, qaynamağa başlayanda vam odda 10 dəqiqə qaynadın, tam soyudun, süzün. Dəmləmə hazırdır.
Yod çatışmazlığı, öskürək, iltihablar zamanı, immun, ürək-damar və sinir sistemini möhkəmləndirmək, təzyiqi salmaq məqsədi ilə bu dəmləməni 1 x.q. olmaqla gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır.
Boğaz və ağız boşluğu iltihabları zamanı dəmləməni qarqara kimi istifadə edin.
Babasil zamanı dəmləmə ilə oturaq vannaları etmək yaxşı yardım edir.\\\Saglamolun.az