Çin təbabəti bilicisindən 10 şəfa metodu – Hər gün etsəniz...
Sağlamlığı möhkəmlədəcək bu qaydalar hələ qədim Çin dinastiyası Min dövründən kəşf olunub və bu gün də Çin təbabətinin əsasını təşkil edir.
Qədim Çin təbabəti bilicisinin uzun və sağlam yaşamaq üçün 10 qeyri-adi qaydalarını təqdim edirik.
1.Saçlarını tez-tez dara.
Bunun üçün daraqdan yox, barmaqlarından istifadə et. Barmaqlarınızı qatlayıb, çarpazlayıb, saçları öndən arxaya, alından gicgahlara və geri doğru darayın. Gündə 50 dəfə bunu etməlisiz. Bu üsul başdakı energetik nöqtələri masaj edir, təzyiqi normallaşdırır, görməni artırır, qan dövranını yaxşılaşdırır. Gündə 2 dəfə etsəniz baş ağrısı nədir bilməyəcəksiz.
2.Üzünü masaj et
Ovucları bir-birinə sürtüb isidin, sonra ovuclarla üzünüzü masaj edirmiş kimi sürtün. Əvvəlcə alına doğru, sonra yanaqlar, boyun. Səhərlər azı 5 dəqiqə üz masajı edin. Bu hərəkətlər üzdə vacib orqanlar olan burun və gözlərdə qan dövranını normallaşdırır, qırışları azaldır, cavanlaşdırır.
3.Gözləri hərəkət etdir
Gözlər üçün məşq sadədir: 15 dəfə sağa, 15 dəfə sola fırladaraq baxmaq, gözləri bərk-bərk yumub saxlayıb birdən açmaq. Bu hərəkətləri gündə 2 dəfə səhər –axşam etməlisiz.
4.Qulaqları döyəcləmək
Qulağınızı ovuclarla örtüb, barmaqların ucu ilə qulaqları döyəcləyin. 12 dəfə təkrarlayın. Qulağın kənarı və axrasını də döyəcləyin. Bu məşq yorğunluğu aradan qaldırır, baş gicəllənməni aparır, eşitməni və yaddaşı gücləndirir.
5.Dilini maksimum yuxarı qaldır
Ağzınızı açıb, diliniz çöldə sanki havada nəsə tuturmuş kimi yuxarı qaldırın. Sanki diliniz göyə kimi toxunmalıdır. Bu zaman ağızda yaranmış ağız suyunu udun. Çində ona qızıl su deyirlər, o daxili orqanlar üçün vacibdir.
6.Nəfəsi saxlayıb ver
Gündə 6 dəfə bu hərəkəti edin. Nəfəs alıb, saxlayın. Döş qəfəsi və qarını şişirdin. Elə ki, qarnın partlamaq dərəcəsində şişdiyini hiss etdiniz, başınızı yuxarı qaldırıb, ağzı açaraq çox asta şəkildə nəfəs verin. Yığılmış havanı boşaldın. Bu məşq bədəni artıq qaz, hava, nəfəsdən təmizləyir, astma, öskürək və ağrılarda effektivdir.
7.Qarnınızı masaj edin
Ovuclarınızı isidib, göbəyinizin üzərinə qoyun. Sonra dairəvi hərəkətlərlə saat əqrəbi istiqamətində 36 dəfə masaj edin, daha sonra saat əksinə 36 dairə masaj edin. Bu metod bağırsaqların işini yaxşılaşdırır, tənəffüsü düzəldir, həzmi asanlaşdırır, qəbizliyə qarşıdır, qarındakı durğunluğu götürür, piyləri əridir
8.Ayaqlarınızın altını sürtün
Gecə yatmazdan əvvəl ayaqlarınızı yuyub, daban və ayaq altını dairəvi masaj hərəkətləri ilə sürtün. Azı 50 dairə etməlisiz. Bu hərəkət ayaqları gücləndirir, ürək və böyrək kanalları ordan keçdiyindən bu orqanlara təsir edir.
9.Bütün bədən dərisini sığallayın
Bunun üçün ovucları isidib, təmiz zeytun yağı və ya masaj kremi ilə bütün üzdə olan bədən dərisini sürtün, sığallayın. Hərəkətə qulaqdan başlayıb ayaqlara kimi davam edin. Bu bütün bədəni müsbət enerji ilə təmin edir, dərini hamarlayır.
10.Bel isti, sinə bağlı olmalıdır
Çin təbabətinə görə, bədən iki kanala sahibdir: biri onurğanın dərinliyindən keçir, digəri sinənin ortasından. Ona görə döş qəfəsinin mərkəzi və kürək, onurğa bağlı, örtülü və isti saxlanmalıdır.
Əsrlərdir sınanmış, insan orqanizmi üçün dərmandan da effektiv olan bu sadə metodları hər gün etməyə vərdiş etsəniz, sizin də öz uzunömürlülük reseptiniz olacaq. \\Medicina.az