Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Qan verməklə bağlı bilmədikləriniz – FAYDALARI, ZƏRƏRLƏRİ
Qan - əvəzləyicisi hələ ki, yaradılmayan canlı orqandır. Planetdə yaşayan hər 3 insandan biri ömrü boyu 1 dəfə də olsa, ona ehtiyac duyur.
Mahiyyətcə qan köçürmə canlı toxumanın transplantasiyası hesab edilir. Bir çox hallarda məhz donor qanı bir çox insanın həyatını xilas edir.
Qan vermək orqanizm üçün zərərli deyil. Həkimlər belə hesab edirlər ki, bu, hətta faydalıdır. Hələ orta əsrlərdən insandan qan almaqla bir çox xəstəlikləri müalicə ediblər. İndiyə qədər də bu proseduru bir çox xəstəliklərdə - hipertoniya, klimaks və s. zamanı tətbiq edirlər.
Ümumiyyətlə, mütəmadi olaraq qan vermək orqanizmin özünüyeniləmə funksiyasını işə salır.  Məsələn, donor kişilərdə infarkt keçirmək riski bir neçə dəfə azdır. Bundan əlavə, qan vermək mənəvi olaraq insanı rahatladır və əhvalı artırır.
Qan götürərkən onun ya plazmasından, ya eritrositlərindən və ya trombositlərdən istifadə edilir. Maksimum qan vermə dozası 450 ml-dir. Bundan az da mümkündür. Buna həkim qərar verir.
İnsan qan verdikdən 1 həftə sonra onun bədənində qan miqdarı yenidən bərpa olunur. Kişilərə il ərzində 5 dəfədən, qadınlara isə 4 dəfədən çox qan vermək qadağandır. \\Medicina.az
 
Tarix: 22 aprel 2019
Baxış: 669

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş