Siqaret, yoxsa günəş daha təhlükəlidir?
YENİ ARAŞDIRMANIN NƏTİCƏLƏRİ CAVABLAYIR
“Journal of Internal Medicine” jurnalında dərc olunan araşdırmaya görə, günəş şüalarından tamamilə qaçan qadınların ölüm riski siqaret çəkən qadınlarla müqayisə edilə biləcək səviyyədə olub. Tədqiqat çərçivəsində 29 mindən çox İsveç qadını 20 il ərzində izlənilib. Nəticələr göstərib ki, günəşdən yayınan qadınların ömür uzunluğu günəşə müntəzəm çıxanlarla müqayisədə 0,6–2,1 il daha qısa olub.
Alimlər bildirib ki, günəş işığı orqanizmdə eyni vaxtda D vitamini, serotonin və azot oksidinin sintezini stimullaşdırır. Azot oksidi qan damarlarını genişləndirərək təzyiqin azalmasına kömək edir. Digər tədqiqatlar isə aşağı D vitamini səviyyəsinin depressiya riskini artırdığını göstərir.
Mütəxəssislər xüsusilə günəş doğduqdan sonrakı ilk saatlarda qısa müddətli günəşlənmənin daha təhlükəsiz olduğunu vurğulayıb. Qış aylarında isə D vitamini ilə zəngin qidaların qəbul edilməsi tövsiyə olunur. \\Saglamolun.Az
Tarix: 25 iyul 2026
Baxış: 23
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş