Xəbər lenti
Reklam
Qoz ağacının altında yatmaq olmaz?

Türk və müsəlman xalqlarının mədəniyyətində və xalq inanclarında nəsildən-nəsilə ötürülən, bəzən isə batil inanc kimi baxılan “qoz ağacının altında yatmaq uğursuzluq və bəla gətirir” fikrinin arxasında mühüm bir elmi həqiqətin dayandığı məlum olub.
İllərdir mistik hekayələrlə, bədbəxtlik və ya erkən ölüm qorxusu ilə əlaqələndirilən bu inancın əslində tamamilə təbii və kimyəvi proseslərdən qaynaqlandığı alimlər tərəfindən sübuta yetirilib. Tədqiqatlar göstərir ki, xalqın “uğursuzluq” kimi qəbul etdiyi və insanı halsız buraxan bu vəziyyət qoz ağacının bioloji xüsusiyyətlərinin birbaşa nəticəsidir.
Məlum olub ki, qoz ağacı özünü xarici təbii təhlükələrdən və zərərli mikroorqanizmlərdən qorumaq üçün ətrafa aktiv şəkildə sülfür qazı və "juqlon" (juglone) adlı xüsusi bir toksik maddə ifraz edir. Havadan ağır olan bu qaz xüsusilə ağacın birbaşa altında və yaxınlığında sıxlaşaraq toplanır. Ağacın altında uzun müddət qalan, xüsusilə də orada uyuyan insanlarda baş gicəllənməsi, süstlük, ağır yuxu və sərsəmlik hissinin yaranmasına məhz bu qaz tərkibi səbəb olur. Bundan əlavə, ağacın çiçəklənmə dövründə ifraz etdiyi sıx polenlər də allergik reaksiyaları və tənəffüs problemlərini qabardaraq insanın özünü pis hiss etməsinə yol açır.
Ekoloji baxımdan qoz ağacının bu mexanizmi torpaqdakı faydalı mikroorqanizmləri artırmaq və rəqib bitkilərin böyüməsinin qarşısını almaqdan ötrü mükəmməl bir müdafiə sistemi olsa da, insan orqanizmi üçün müəyyən fəsadlar törədir. Beləliklə, qədim dövrlərdən bəri insanların qoz ağacının altında yatdıqdan sonra hiss etdikləri fiziki narahatlıqları metafizik qüvvələrlə və ya bəla ilə əlaqələndirməsi, əslində elmi əsası olan bir qorunma instinktindən başqa bir şey deyilmiş. Mütəxəssislər bu təbiət möcüzəsinin kölgəsindən faydalanarkən sadəcə bir az ehtiyatlı olmağı və altında uzunmüddətli yuxuya getməməyi tövsiyə edirlər. \\Metbuat.az

Tarix: 01 iyul 2026
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş