Onları hərbi xidmətə aparmayacaqlar — Proses başladı
Ölkə başçısının sərəncamına əsasən, iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış həyata keçiriləcək.
Demokrat.az xəbər verir ki, bir çox çağırışçıları hansı dərəcəli yastıpəncəliyin hərbi xidmətə yararlı olduğu maraqlandırır.
Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinə uyğun olaraq 1-ci və 2-ci dərəcəli yastıpəncəlik hərbi xidmətə yararlı hesab edilir.
Yalnız 3-cü və 4-cü dərəcəli yastıpəncəliyi olan şəxslər orduya çağırılmır, hərbi xidmətə yararsız hesab olunurlar.(modern.az)
Tarix: 30 may 2026
Baxış: 17
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş