Endokrinoloq Zuxra Pavlova çiyələklərin düzgün saxlanması və istifadəsi ilə bağlı vacib məsləhətlər verib.
Bu haqda aif.ru-ya istinadla xəbər verir.
Həkimin sözlərinə görə, insanların ən böyük səhvlərindən biri çiyələyi əvvəlcədən yumaqdır. Pavlova bildirib ki, giləmeyvə yalnız yeyilməzdən əvvəl yuyulmalıdır. Əks halda çiyələk suyu özünə çəkir, dadını və bəzi vitaminlərini itirir.
Mütəxəssis həmçinin çiyələyin saplaqlarını da əvvəlcədən qoparmağı məsləhət görmür.
Pavlova qeyd edib ki, gündə 150-200 qram çiyələk yemək kifayətdir. Bu miqdar orqanizmi faydalı maddələrlə təmin edir və şəkər yükünü artırmır.
Həkim çiyələyin günün birinci yarısında, əsas yeməkdən sonra və ya proteinli qidalarla birlikdə yeyilməsini tövsiyə edib.
O əlavə edib ki, podaqra, qastrit və allergiyası olan şəxslər çiyələkdən ehtiyatla istifadə etməlidirlər.\\Redaktor.Az