Xəbər lenti
Reklam
Hantavirus alovlanması pandemiyaya çevriləcəkmi? - AÇIQLAMA

Əczaçı Torrun Qovind (Thorrun Govind) Atlantik okeanındakı kruiz gəmisində baş verən hantavirus alovlanmasının yeni bir pandemiyaya çevrilməyəcəyini düşünür, lakin infeksiyanın özünün son dərəcə təhlükəli olduğunu vurğulayır.
O, "Metro" nəşrinə verdiyi müsahibədə yeni epidemiya ehtimalını qiymətləndirib.
Əczaçının sözlərinə görə, hantavirusun yayılma mexanizmi COVID-19 və ya qripdən tamamilə fərqlidir:
Yoluxma ən çox gəmiricilərin sidiyi ilə təmasdan sonra baş verir.
İnfeksiyanın insandan insana keçməsi son dərəcə nadir hallarda müşahidə olunur.
Ekspert izah edib ki, infeksiyanın ilk simptomları soyuqdəyməni xatırlada bilər: hərarət, halsızlıq, baş və əzələ ağrıları yaranır. Ağır hallarda xəstəlik ağciyərləri və ya böyrəkləri zədələyir, təngnəfəslik, daxili qanaxmalar və tənəffüs problemlərinə yol açır. Bununla yanaşı, virusun bəzi ştamları xüsusilə təhlükəli hesab olunur və ölümcül nəticələrə səbəb ola bilər.
Bundan əvvəl Argentinadan Kabo-Verdeyə doğru hərəkət edən kruiz gəmisində hantavirus alovlanmasının baş verdiyi bildirilmişdi. Yoluxanlarda sıx təmas zamanı insandan insana keçə bilən ştamın olduğu ehtimal edilir.
İnsanlar arasında ötürülmə üçün adətən sıx və uzunmüddətli təmas tələb olunur. \\Redaktor.az

Tarix: 08 may 2026
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş