Xəbər lenti
Reklam
Burun əməliyyatı zamanı komaya düşən Nigarın SON DURUMU

Bu il aprelin 30-da Bakıdakı "MedAura" klinikasında burun əməliyyatı zamanı komaya düşən Şəmkir vətəndaşı Nigar İlham qızı Budaqlının vəziyyəti kritik olaraq qalır.

Gender.az bildirir ki, bu barədə Nigarın hüquqlarını müdafiə edən, 20 saylı büronun vəkili Rusif Eminli Bizim.Media-ya məlumat verib.
 
“Məsələ öz ciddiliyini qoruyub saxlayır. Hələ də Nigar Budaqlının koma vəziyyətinə düşməsinə səbəb olan həkimlər xəstənin vəziyyəti ilə maraqlanmır.
 
İstintaqla bağlı da hazırda yeni bir məlumat yoxdur. Nigarın vəziyyəti isə kritikdir”-deyə vəkil bildirib.

Qeyd edək ki, N.Budaqlının əməliyyatını həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib.

Tarix: 20 noyabr 2025
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş