Redaktor seçimi
    ARB TV-nin fəaliyyətinə xitam verilir? - AÇIQLAMA
Xəbər lenti
Reklam
Sağlamlığa ən zərərsiz spirtli içki AÇIQLANDI

Dietoloqlar müəyyən ediblər ki, cin-tonik spirtli içkilər arasında orqanizm üçün ən zərərsiz hesab olunur.

Gender.Az xəbər verir ki, bu barədə The Daily Mail yazıb.

Mütəxəssislərin fikrincə, cin-tonikin üstünlüyü onun aşağı kalorili olması və bədəndə daha asan metabolizmə uğraması ilə bağlıdır. Bu içkinin bir porsiyasında 100 kaloridən az enerji var.

Dietoloqlar bildiriblər ki, eyni miqdarda şərab və ya pivədə kalorinin miqdarı xeyli yüksək olur.

Qeyd olunur ki, içkinin acı dadı içmə sürətini yavaşladır, buna görə də sərxoşluq hissi daha gec yaranır.

Mütəxəssislər əlavə ediblər ki, daha kalorili içkilər əvəzinə cin-tonik içmək şəkər qəbulunu azaltmağa və qarında köpün qarşısını almağa kömək edə bilər.

Bununla belə, içkinin tərkibində faydalı maddələr də yoxdur, ona görə də ekspertlər xatırladıblar ki, istənilən növ spirt sağlamlıq üçün zərərlidir.

Tarix: 17 noyabr 2025
Baxış: 21

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş