Çili bibəri ölümcül xəstəliyin dərmanıymış
Çili bibərinin tərkibində olan kapsaitsin maddəsi ağciyər xərçənginin inkişafını ləngidə bilər.
ABŞ-ın Marşall Tibb Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər.
Kapsaitsin alkoloidinin effektivliyi genetikası modifikasiya edilmiş, xərçəng daşıyıcıları olan siçanlar üzərində aparılan təcrübələr zamanı sübut olunub. Kapsaitsin maddəsi xərçəngə yoluxmuş hüceyrələrdə metastaz prosesinin birinci mərhələdə inkişafını dondurub. Bu maddə insanda ağciyər xərçəngində də eyni effekti göstərib.
İndi alimlər kapsaitsin maddəsinin zərər vermədən orqanizmə yeridilməsi yolları üzərində düşünürlər. Belə ki bu maddə orqanizmdə mədə sancılarına səbəb olur, mədə-bağırsağın selikli qişasına ciddi zərər vura bilir.
Mütəxəssislərin fikrinə görə, tezliklə bu maddədən xərçəng xəstəliyinin müxtəlif növlərinin müalicəsində istifadə etmək mümkün olacaq.\\Oxu.az
Tarix: 09 aprel 2019
Baxış: 474
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş