Mütəxəssislər yay mövsümünün ən çox istehlak edilən meyvələrindən olan qarpızın gigiyena qaydalarına əməl edilmədən kəsilərək istehlak edildiyi təqdirdə ciddi qida zəhərlənməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.
Necmettin Erbakan Universiteti Tibb Fakültəsindən Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Ali Demir yayda məşhur və tez-tez istehlak edilən qarpızın düzgün yuyulmadan kəsildiyi təqdirdə sağlamlıq üçün ciddi risklər yarada biləcəyini deyib.
"Bildiyiniz kimi, qarpız tarladan yığılan və sonra yeyilən meyvədir. Ona görə də tarlada aşkar olunan bütün mikroorqanizmləri daşımış olması mümkündür. Əgər qarpız sahələri çirklənmiş su ilə suvarılırsa, mikroorqanizmlərin müxtəlifliyi və dəyişməsi də bizim üçün fərqli olacaq. Qarpızın xaricində qram-müsbət bakteriya, qram-mənfi bakteriya, tifo və salmonella bakteriyası ola bilər", deyə mütəxəssis bildirib.
Prof.Dr.Dəmir, qarpızın xarici səthindəki zərərli bakteriyaların, xüsusilə qabığı çatlamış və ya zədələnmişsə, yuyulmadan kəsildiyi halda içəriyə keçə biləcəyini açıqlayıb.
Prof. Dr. Əli Dəmir, qarpızın kəsildikdən sonra ən qısa zamanda yeyilməsinin vacib olduğunu bildirib.
"Qarpızın bir hissəsi yeyiləcək, digər hissəsi isə saxlanacaqsa, üzərini hava keçirməyən qapaq və qoruyucu örtüklə örtmək lazımdır. Bir-iki gün ərzində istehlak edilməlidir",-deyə o bildrib. \\Oxu24.com