Ürək xəstəliklərindən ölüm faktları dünya miqyasında ilk pillədədir. Hazırda ürək xəstəlikləri gənclərdə daha çox ölümlə nəticələnir. Həddindən çox qəbul olunan içki, siqaret, sağlam olmayan qidalanma və stress kimi faktorlar ürək xəsətliklərinə təkan verir.
Ürək xəstəliklərə yoluxmaq baxımından da olduqca həssas orqandır. Ən çox rastlanan ürək xəstəliyi isə ateroskleroz - yəni damar sərtliyidir. Aritmiya və ya ürəyin ritm pozuntusu da geniş yayılmış patologiyadır. Aortal çatışmazlıq və ümumilikdə bir çox ürək problemləri də geniş vüsət alıb.
Ürək xəstəlikləri adətən bədəndə gizli formada irəliləyir. Lakin bir neçə əlamətlə də özünü büruzə verə bilir.
Sıx-sıx müşahidə edilənlər: sol qolda, kürəkdə, sinədə və qarın boşluğunda ağrı, yanma, çırpınma, nəfəs alıb-vermədə çətinlik, ürəkgetmə, gecə tez-tez sidiyə çıxma. O cümlədən, əl-ayaq barmaqlarında və dodaqlarda göyərmə, qarın bölgəsində və ayaqlarda şişmə, halsızlıq, tez yorulmaq və öskürək kimi sıx sıx rastlanan digər əlamətlər.
- Ürək xəstəliklərinə rəvac verən bir çox səbəb var. Stresli həyat şəraiti keçirən insanlarda və diabetdən əziyyət çəkənlərdə risk faktoru daha yüksəkdir.
- Düzgün qidalanmamaq, siqaret, içki kimi pis vərdişlər də ürəyimizdə problem yaradır.
- Stress də ürəyin ən böyük düşmənlərindən biridir. Mümkün qədər stressli situasiyalardan uzaq durmaq lazımdır. Zərərli vərdişlərdən tamamilə özünü məhrum eləmək, qızardılmış yeməklər və yağlı ət qəbulunu menyumuzdan uzaq tutmaq lazımdır. Koservləşdirilmiş qidalardan da uzaq durmaq lazımdır. Çox kökəlmənin qarşını da vaxtında önləməliyik.
- Qırmızı ət qəbul etmək tövsiyə olunmasa da, balıq və toyuq əti məsləhət görülür. Lakin toyuq dərisi kimi yağlı hissələr qəbul olunmamalıdır. Balıq əti qanın fəaliyyətini balansda saxlayır, yağlanmanı əngəlləyir. Ürək-damar xəstəliklərinin düşməni olan balıqdan ən azı həftədə bir dəfə yemək zəruridir.
- Ürək xəstəliklərindən qorunmaq üçün süd və süd məhsullarına üstünlük verin. Yeməklərdə çox duzdan istifadə etməyin. Daha çox bitki yağlarından istifadə edin. Meyvələri mövsümünə uyğun yeyin. Bundan əlavə, fiziki hərəkətlərin sistematik olaraq həyata keçirilməsi ürək sağlamlığımızı qoruyur.
Ürək xəstəlikləri adətən yaşlı təbəqədə müşahidə olunur. Lakin son zamanlar dənc nəsil ürək xəstəliklərindən daha çox əziyyət çəkir. Bu da sözü gedən xəstəliyin yaşının gəncləşdiyinin göstəricisidir. \\Medicina.az