Redaktor seçimi
    Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı OLDU
Xəbər lenti
Reklam
Şəkər və qənd istehsalı artdı

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 66,2 min ton şəkər və qənd istehsal edilib.
Gender.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,5 % çoxdur.
Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatların istehsalı isə 0,8 % azalaraq 2 min 166,5 tona düşüb.
Aprelin 1-nə Azərbaycanda 13,1 min ton şəkər və qənd, 143,8 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 7,4 % və 25,4 % çoxdur.
Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 milyard 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12,2 % çoxdur.

Tarix: 23 aprel 2025
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş