Xəbər lenti
Reklam
Kəpəyi aradan qaldırmaq üçün 5 sadə üsul

Çox sayda insan saçda kəpək problemindən əziyyət çəkir.
Kəpəyin yaranma səbəbi saç dibinin quruması və ya yanlış şampun seçimi ola bilər.
Kəpək sadə bir saç problemi kimi görünsə də, saçın çirkli və ya dağınıq görünməsinə səbəb ola bilər. Həm qadınlarda, həm də kişilərdə rast gəlinən kəpək baş dərisində və ya saçda ağ və boz dəri lopalarının görünməsinə səbəb olur. Hər 2 adamdan biri kəpəklə mübarizə aparır.
Tədqiqatlar göstərir ki, dərinin aşağı hissəsində yeni hüceyrələr əmələ gəldikdə ölü hüceyrələr yuxarı səthə, yəni hava ilə təmasda olan istiqamətə doğru itələnir. Bu təbii proses zamanı yuyarkən su ilə tökülən ölü dəri hüceyrələri gözə görünmür. Ancaq bu dövran hər hansı bir səbəbdən pozulduqda və sürətləndirildikdə, ölü dəri hüceyrələri saç köklərində yığılmağa başlayır və kəpək əmələ gəlir.
Kəpəyi evdə bitki qarışıqları ilə yox edə bilərsiniz. 
Kəpəyi aradan qaldırmaq üçün evdə hazırlaya biləcəyiniz reseptləri təqdim edirik:
1) 1 xörək qaşığı alma sirkəsini bir stəkan su ilə qarışdırın. Saç köklərinə masaj edərək tətbiq edin. 1 saat gözlədikdən sonra yaxalaya bilərsiniz. Bu üsulu həftədə iki dəfə müntəzəm olaraq etməlisiniz.
2) 1 kasa qatıq çalın, saçınızın köklərinə çəkin və 15 dəqiqə gözləyin. Təbii (orqanik) şampun ilə yaxalaya bilərsiniz.
3) Şampununuza bir xörək qaşığı soda əlavə etməklə kəpəyi yox edə bilərsiniz.
4) Qatı kokos yağını ovuclarınızda isinənə qədər saxlayın və saç köklərinə masaj edin.
5) Quru saç dərinizə barmaqlarınızın ucu ilə şam ağacı yağı çəkin. 2 saat gözlədikdən sonra ilıq su ilə yaxalaya bilərsiniz.
Xüsusi qeyd: Bu üsullar sizin saçınızda işə yaramaya bilər. Bütün hallarda mütəxəssislərlə məsləhətləşmək tövsiyə olunur. \\Ölkə.Az 

Tarix: 31 yanvar 2025
Baxış: 25

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş