Redaktor seçimi
    Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir
Xəbər lenti
Reklam
Ailələr buna görə dağılırmış – Azərbaycanlı seksoloq sirləri açdı


Klinik psixoloq-seksoloq Təhmasib Cavadzadənin Yenisabah.az-a müsahibəsi:
– Son illər ölkəmizdə boşanmaların sayı ciddi mənada artıb. Bəs seksual problemlər cütlüklərin boşanmasına səbəb olan əsas amillərdən biri hesab oluna bilərmi?
–   Seksual problemlər cütlüklərin boşanmasının əsas səbəblərindən biri olmasa da, digər problemləri yarada və ya mövcud olanları dərinləşdirə bilər. Boşanma zamanı cütlüklər adətən seksual problemləri əsas səbəb kimi göstərmirlər. Lakin əslində, hər iki tərəf bilir ki, münasibətlərində əsas problemlərdən biri cinsi əlaqə ilə bağlıdır.
– Cütlüklər arasında emosional və seksual yaxınlıq necə qorunub saxlanıla bilər?
–  Cütlüklər anlamalıdır ki, sevgi yalnız hormonal bir hiss deyil. İnsanlar bir-birini cəlbedici tapsa da, fizioloji sevgi bir müddət sonra zəifləyə bilər. Ona görə də bu sevgi mənəvi bağa çevrilməlidir.
Mənəvi sevgi hörmət, səmimiyyət və öhdəlik üzərində qurulmalıdır. Tərəflər bir-birinin şəxsiyyət xüsusiyyətlərini qiymətləndirməli və bu xüsusiyyətləri qorumağa çalışmalıdırlar. Özlərini ideal göstərməyə çalışmaq əvəzinə, həqiqi halları ilə davranmalıdırlar ki, real xüsusiyyətləri görüb qəbul edə bilsinlər.
– Seksual problemlər cütlük arasında hansı formada müzakirə olunmalıdır?
Seksual problemlər açıq və səmimi şəkildə müzakirə edilməlidir. Seks bir təcrübədir və bu təcrübə araşdırılmalıdır. Burada utanc və çəkingənlik yersizdir.
Kişinin hər hansı bir şey bacarmaması onun kişiliyindən heç nə azaltmır. Qadın da seksual performansda çətinlik yaşayırsa, bu, onun qadınlığına şübhə etməsi üçün səbəb olmamalıdır. Hər iki tərəf bilməlidir ki, seksual problemlər onların şəxsiyyət keyfiyyətlərinə aid deyil, yalnız təcrübə ilə əlaqədardır.
–  Təhmasib bəy, Azərbaycanda cütlüklər bu cür problemlərlə qarşılaşdıqda terapiyaya müraciət etməkdən çəkinirlərmi?
Son dövrlərdə terapiyaya müraciət edənlərin sayı artmaqdadır. Ancaq bəzi cütlüklər hələ də çəkinirlər. Bu, əsasən məlumatsızlıq və mövzuya dair maarifləndirmənin zəifliyindən irəli gəlir.
Normal cütlüklər terapiyaya müraciət etməkdən çəkinmirlər, çünki seksual problemlər də digər sağlamlıq problemləri kimi qəbul edilməlidir. İnsan gözündə problem varsa həkimə gedirsə, burada da eyni yanaşma tətbiq olunmalıdır. Lakin bəzi insanlar hüquqi və digər məsələlərdə olduğu kimi, doğru mənbələrə müraciət etməkdə çətinlik çəkir, bu da problemin həllini gecikdirir.
– Seksual terapiya vasitəsilə həll edilə biləcək problemlərə dair misallar hansılardır?
– Seksual terapiya psixogen mənşəli, cinsi əlaqəyə mane olan problemlərin həllində kömək edir. Seksual terapiya yalnız danışmaqla məhdudlaşmır, hər bir şəxsə fərdi yanaşma tətbiq edilir. Əsasən həll edilə biləcək problemlər bunlardır:
Erektil disfunksiya (penisin yaxşı sərtləşməməsi)
Eyakulyasiya pozuntusu (tez və ya gec boşalma)
Cinsi istəksizlik
Cinsi ehtirasın azalması
Vaginizm
Parafiliyalar (anormal cinsi davranışlar, fetişlər və s.)
Masturbasiya asılılığı
Seks asılılığı
Travmatik masturbasiya
Porno asılılığı
Cinsi orientasiyalar arasında qarışıqlıq
Cinsi kimlikdə qarışıqlıq

Tarix: 21 yanvar 2025
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş