Xəbər lenti
Reklam
İçki ilə keçəllik arasında əlaqə var? - ARAŞDIRMA

Spirtli içki qəbul edən insanlarda androgenetik alopesiya (AGA) inkişaf ehtimalı bir qədər yüksəkdir.
Bunu Cənubi Koreynın Pusan Milli Tibb Universitetinin alimləri müəyyən ediblər.
Gender.Az xəbər verir ki, araşdırmanın nəticələri “Alcohol and Alcoholism” (AA) jurnalında dərc olunub.
Androgenetik alopesiya (AGA) saç follikullarının azalması nəticəsində yaranan irsi saç incəlməsidir. Xəstəlik həm kişilərdə, həm də qadınlarda saç tökülməsinin ən çox yayılmış formasıdır.
AGA ilk növbədə genetik və hormonal amillərdən qaynaqlansa da, siqaret, pəhriz və stress kimi həyat tərzi faktorları da potensial səbəblər hesab olunur. Spirtli içkilərin saç tökülməsinə səbəb olub-olmadığı sualı açıq  olaraq qalırdı.
Bu bilik boşluğunu doldurmaq üçün koreyalı alimlər AGA ilə spirtin təsiri arasındakı əlaqəyə dair əvvəllər dərc olunmuş elmi məqalələrin meta-analizini aparıblar. Nəticələr spirtli içki qəbul edən insanların içməyənlərə nisbətən AGA ilə qarşılaşma ehtimalının bir az daha yüksək olduğunu göstərib. Tədqiqatçılar bu əlaqənin statistik əhəmiyyət daşımadığını qeyd ediblər.
Bir fərziyyə alkoqol mübadiləsinin əlavə məhsulu olan asetaldehidin baş dərisinin immun mühitinə mənfi təsir göstərməsi və bununla da alopesiyanın inkişafına kömək etməsi ilə bağlıdır. Lakin alimlərin fikrincə, bu mexanizm hipotetik olaraq qalır. \\Cebheinfo.az

Tarix: 29 noyabr 2024
Baxış: 25

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş