Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Yemişi bu qidalarla birlikdə YEMƏYİN

Yemiş nə qədər faydalı olsa da, bəzi qidalarla yemək həzmi çətinləşdirir.
Bir-birilə uyğun olmayan qidalarla yemək, həzm problemlərinə səbəb olur. 
Yemiş, mədədə qalmadığı üçün özündən əvvəl yeyilən digər yeməkləri də aparacaq. Bu, mədə-bağırsaq traktında diskomforta gətirib çıxaracaq. Çünki digər qidalar mədədə həzm olunmağa vaxt tapmayıb və bağırsaqlarda həzm oluna bilmir.
Fakt budur ki, digər məhsullarla birlikdə mədədə fermentasiyaya məruz qalmır.
Yemişi əsas yeməkdən iki saat əvvəl və ya yeməkdən iki saat sonra istehlak etmək yaxşıdır. Bundan əlavə, yemiş insulin istehsalına təsir edən yüksək glisemik indeksə malikdir.
Glisemik indeks nə qədər aşağı olarsa, məhsulun insulindən asılı orqanlara təsiri bir o qədər az olar. Məsələn, mədəaltı vəzində - aşağı glisemik indeksli qidalar istehlak edildikdə, onun üzərinə düşən yük daha az olur. İnsulin müqavimətinə, piylənməyə və diabetə səbəb olma riski daha azdır. 
Şəkərli diabet xəstələri və mədə-bağırsaq xəstəlikləri, kəskin mərhələdə qastrit və xorası və digər patologiyaları olan insanların yemiş istehlakı arzuolunmazdır. \\Lent.az 

Tarix: 23 avqust 2024
Baxış: 94

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş