Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Görmə qabiliyyətinin yaxşılaşdırılması

“Gözlərim görsəydi…”. Bu ifadəni söyləyənin nələrdən məhrum olduğu aydındır. Ona görə də özünü dünyanın minbir gözəlliyindən məhrum etməmək üçün ən düzgün yol gözləri qorumaqdır.
Müasir dövrdə görmə zəifliyindən əziyyət çəkməyənlər çox azdır. İstənilən sivil ölkənin 21 yaşdan yuxarı vətəndaşlarının hər onundan doqquzu həmin problemdən əziyyət çəkir. Aydın məsələdir ki, yaş artdıqca görmə problemləri daha da dərinləşir. 40 yaşdan sonra görmə problemi olmayanlara isə ümumiyyətlə nadir hallarda rast gəlinir.
Oftalmoloqlar görmə qabiliyyətini yaxşılaşdırmaq və görmə itiliyini artırmaq üçün göz əzələləri üçün nəzərdə tutulmuş müalicəvi gimnastika (saytımızda tapa bilərsiniz) və müxtəlif dərman vasitələri məsləhət görürlər.
Reseptlər:
- Təzə yığılmış keşniş xırda doğrabnır və gündə 1-2 dəfə 10-20 dəqiqə gözlərin üzərinə qoyulub saxlanır.
- 2 xörək qaşığı itburnu meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 3-5 dəqiqə saxlanır, soyudulub süzüldükdən sonra səhər və axşam 1/2 stəkan içilir.
- 3 xörək qaşığı kasnı bitkisi üzərinə 400 ml (2 stəkan) qaynar su əlavə edilərək 2-3 dəqiqə qaynadılır, 30 dəqiqə dəm aldıqdan sonra gün ərzində içilir. Müalicə müddəti 3-4 həftədir.
- 2 çay qaşığı qaragilə yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 1 saat dəmlənir, süzüldükdən sonra gündə iki dəfə 1/2 stəkan içilir.
- Buxara verilmiş at turşəngi, rəndələnmiş alma və qabığı soyulmuş xiyarın 1:1:1 nisbətlərində qarışdıraraq gözlərin üzərinə qoyulması görmə qabiliyyətini yaxşılaşdırır.
- Zəncirotunun yerüstü hissəsi bütövlükdə qurudularaq toz halına salınır və 1:1 nisbətində balla qarışdırılaraq hər axşam göz qapaqlarına çəkilir, bir qədər qaldıqdan sonra ilıq süd zərdabı ilə yuyulur.
- Ahıl yaşlarda görmə qabiliyyətində yaranmış zəifliyi azaltmaq üçün gicitkəndən hazırlanmış şorba, qutab və kükü ilə kimi yeməklərlə qidalanmaq məsləhət görülür.
- 15 qr qurudulumuş damotu üzərinə qaynar su əlavə edilərək 40 dəqiqə dəmlənir. Süzüldükdən sonra gündə 2-3 dəfə 1 xörək qaşığı qəbul edilir.
- Gündə 2 dəfə, səhər və günorta 1 xörək qaşığı Şəfa vitamini qəbul olunur.
- Kələm yarpaqları təmiz yuyularaq qaynadılır, soyuduqdan sonra yarpaqlar gündə 3-4 dəfə yeyilir, qaynadıldığı su içilir.
- Yetişmə mərhələsində olan yerkökünün yaşıl hissəsi təzə halda yeyildikdə və ya salatlara qatıldıqda gözün görmə qabiliyyətini yaxşılaşdırır. Həmin yaşıl hissələri qurudaraq ədviyyat kimi də istifadə etmək olar.
- Yaxındangörmə zamanı qurudulub üyüdülmüş yemişan meyvələri 1:1 nisbətində balla qarışdırılaraq gündə 3 xörək qaşığı qəbul edilir.
- 0,5 kq əzvay (aloye) yarpaqları yuyulmadan və təmizlənmədən folqa kağızına bükülərək soyuducuya qoyulur, iki həftə saxlandıqdan sonra yuyulur. Ətçəkən maşından keçirilərək 0,5 kq bal və 0,5 litr şərabla qarışdırılır. Qarışığı soyuducuda şüşə qabda saxlamaq lazımdır. Həmin qarışıqdan 1 xörək qaşığı bir qədər su ilə qarışdırılaraq hər səhər acqarına qəbul edilir.
- Qaragilə, quşüzümü, soğan, sarımsaq, badam, qara gilas, cəfəri, xiyar, şüyüd, kök, çuğundur və kərəviz kimi meyvə və tərəvəzlər görmə qabiliyyətini yaxşılaşdırır.
- Qida rasionunda əsasən tərkibi A, B qrupu və C vitaminləri ilə zəngin olan ərzaqlardan istifadə edilməlidir.

Mənba: Herba Flora jurnalı

Tarix: 16 avqust 2024
Baxış: 63

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş