Meymunçiçəyi xəstəliyi 2022-ci ildə Afrika da daha çox yayılmağa başladı. Hazırda isə bu virus Avropa ölkələrinə də yayılır.
Bu sözləri Demokrat.az-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib. O bildirib ki, virus 100-dən çox ölkədə artıq yayılmağa başlayıb:
“Amma bu xəstəlik daha çox təmasla yoluxur. Bu xəstəlikdə daha çox dəri üzərində səpkilər yaranır. Bu səpki möhtəviyyatının sağlam dəriyə toxunması ilə yayılır. Əsas simptomları dəri səpkiləri, yüksək qızdırma və limfa düyünlərində böyümə ilə müşahidə edilir. Digər xəstəliklərlə müqayisədə, tənəffüs yolu ilə yoluxma halları çox az müşahidə edilir”.
Həkim həmçinin onu da qeyd edib ki, bu virusun Azərbaycana gəlmə ehtimalı mümkündür:
“Biz də bu dünyanın bir hissəsiyik və dünyada bu xəstəlik artıq yayılmaqdadır, Azərbaycana da gələ bilər. Amma virusa çox sürətli yoluxma halı çox deyil.
Bu virusun qarşısını almaq üçün isə əsas məsələ maariflənmədir. Dediyim kimi, bu virus təmas yolu ilə daha çox yoluxur və cinsi əlaqə zamanı səpki möhtəviyyatı sağlam dəriyə toxunur bu halda yayılma müşahidə edilir”.
Mehriban Mirzəzadə