Bu pendiri yemək ömrü uzadır
Pendir yeməklə psixi sağlamlıq arasında güclü əlaqə var.
Bu barədə Çinin Şanxay Jiao Tonq Universitetinin tədqiqatçıları 2.3 milyon insan üzərində araşdırma aparıb.
Tədqiqat psixi sağlamlığın sağlam qocalmanı və uzunömürlülüyü təmin edən ən vacib amil olduğunu üzə çıxarıb.
Məlum olub ki, psixi sağlamlığı daha yüksək olanlar daha çox pendir yeyənlərdir.
“İndi aydın oldu ki, aktiv qalmaq, televizora baxmağı azaltmaq və siqaretdən uzaq durmaq idrak funksiyasını yaxşılaşdıra və ümumi xəstəliklərin qarşısını ala bilər. Bütün bunlarla yanaşı, pendir növlərinin də sağlam həyata çox əhəmiyyətli təsirləri olduğunu gördük”,- deyə universitetin professoru Tian-Ge Vang söyləyib.
Mütəxəssislər həmçinin mozzarellanın ürək üçün ən sağlam pendir olması məsələsində həmfikir olduqlarını bildiriblər. \\Ölkə.Az
Tarix: 27 iyul 2024
Baxış: 208
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş