Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Məşhur firmaların dondurmaları insan sağlamlığına təhlükəli imiş - Ticarət mərkəzlərində YOXLAMA - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, monitorinq çərçivəsində götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, daha üç yerli və beş idxal olmaqla, ümumilikdə, səkkiz dondurma məhsulunda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı yeddi müəssisə barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim olunub. Eyni zamanda dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi qaydada xəbərdarlıq olunub.
Ümumilikdə, monitorinq müddətində uyğunsuzluq aşkar edilmiş 2809 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması, 2569 ədəd məhsulun isə məhv edilməsi təmin edilib. Hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir.
Uyğunsuzluq aşkar edilmiş dondurma məhsulu partiyaları aşağıdakılardır:

Məhsulun adı
İstehsalçı
İstehlaka yararsız məhsul partiyası
Aşkar edilmiş uyğunsuzluq
"Saturn" əmtəə nişanlı karamelli və araxisli dondurma
"Rich S.A" MMC
30.01.2024-30.03.2025
Enterobacteriaceae bakteriyası
"Vineto" əmtəə nişanlı qozlu dondurma
Fiziki şəxs Yusubova Sərngül Kərəm qızı
22.04.2024-22.02.2025
Enterobacteriaceae bakteriyası
"Marka №1" əmtəə nişanlı şokoladlı plombir dondurma (çəki ilə satılan)
Fiziki şəxs Məmmədov Arif Firudin oğlu
04.05.2024-04.03.2025
Enterobacteriaceae bakteriyası
"Сибхолод" əmtəə nişanlı şokoladlı qlazur ilə qaymaq dadlı plombir Eskimo dondurma
"Tekaz" MMC, Rusiya Federasiyası
12.07.2023-12.01.2025
Enterobacteriaceae bakteriyası
"Qost Plombir" əmtəə nişanlı şokolad qlazurunda vanil ətirli Eskimo plombir dondurma
14.07.2023-14.01.2025
Enterobacteriaceae bakteriyası
"Woohoo!" əmtəə nişanlı çiyələk desertli dondurma
"ANC Group" MMC, Belarus Respublikası
25.03.2024-25.03.2025
Enterobacteriaceae bakteriyası
"OE!" əmtəə nişanlı şokoladlı və kokoslu plombir dondurma
"Klin-Pro" MMC, Rusiya Federasiyası
08.04.2024-08.10.2025
Enterobacteriaceae bakteriyası
"Русский холод" əmtəə nişanlı vanilli plombir dondurma
Fiziki şəxs Babayev Elçin Ramizoviç, Rusiya Federasiyası
02.04.2024-02.10.2025
Enterobacteriaceae bakteriyası
Tarix: 18 iyul 2024
Baxış: 84

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş