Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Çox yeməyinizin səbəbi bunlar ola bilər - Mütləq yoxlanın

Daim ağzına yemək atan, yeməklər arasında bir atışdırmasız qalmayan və tez-tez acan insanlar əslində, xəstədir deyə bilərik.
Bu sözləri rusiyalı endokrinoloq Yekatirina Volkova deyib.
Onun sözlərinə görə, daim yemək istəyinin arxasında təkcə psixoloji problemləri gizlədə bilməz.
Davamlı yemək istəyinə səbəblər bunlar ola bilər:
1. Hipotriodizm. Qalxanabənzər vəzinin disfunksiyası zamanı maddələr mübadiləsi yavaşlayır: enerji almalı olan hər bir hüceyrə əslində “ac” qalır. Buna görə də təkrar-təkrar yemək istəyirsən.
2. İnsulin müqaviməti. Bu vəziyyətdə keyfiyyətsiz insulin kifayət qədər işləmir. Qlükozanı hüceyrəyə effektiv şəkildə çatdıra bilmir, buna görə də aclıq siqnalları insanın yenidən qəlyanaltı yeməsinə səbəb olur.
3. Xrom çatışmazlığı. Bu elementin olmaması karbohidrat mübadiləsinə maneə törədir, yüksək səviyyədə qlükoza və insulinə səbəb olur.
4. Xroniki stress. Nəticədə böyrəküstü vəzilərin ehtiyatları tükənir, orqanizmi stressdən qoruyan kortizol çatışmazlığı yaranır. Ancaq enerjini haradasa əldə etmək lazımdır, buna görə də yemək və şirniyyat çıxış yolu olur.
İnsan stresli olduqda, böyrəküstü vəzilər iştahı artıran kortizol hormonu ifraz edir. Stressli vəziyyətdə olan insanlar, karbohidratlar və şəkər olan qidalara daha çox meyl edirlər.  \\Yenisabah.az 

Tarix: 15 iyul 2024
Baxış: 116

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş