Ürək, qan-damar sisteminə müsbət təsir göstərən Azuritin (Cu2[(OH)2 | CO3] ) adı fars dilindən gəlir.
Rəngi – intensiv lacivərdi-göydən tünd-göyədək; torpaqvari kütlələri mavidir. Mineralın cizgisinin rəngi – mavi, göydür. Azurit daşına bu ad gözəl rənginə görə uzun illər əvvəl verilmişdir. Bu mineralın tərkibi mis karbonatdır.
Azurit daşı aşağı sərtliyə malik olan və nisbətən yumşaq olan bir kristaldır. Sərtliyi 3,5–4, sıxlığı 3,77–3,88. Azurit daşının su ilə təması tövsiyə edilmir. Bununla belə, daşı fiziki cəhətdən təmizləmək üçün onu qısa müddət ərzində suyun altında yuya və ya nəm parça ilə silmək olar.
Azurit daşını təmizləmək üçün yüksək təmizlənmə enerjisi olan kristallardan istifadə etmək olar. Müalicəvi daşlar, xüsusilə selenit və kristal kvars azurit daşının ətrafına və ya yanına qoyulduqda daşın enerjisini təmizləmək qabiliyyətinə malikdir. Birlikdə rast gəldiyi minerallar: malaxit, xalkozin, digenit, kovellin, kuprit, bornit, Fe hidroksidləri və b.-dır.
Daha çox mavi boya istehsal etmək üçün istifadə olunur. Bəzən dekorativ və zərgərlik daşı kimi də istifadə olunur. Kolleksiya mineralı kimi maraqlıdır. Çox köklü bir tarixə malik olan azurit daşının qədim Misirdə və Atlantidada müqəddəs bir kristal hesab edildiyi deyilir.
Azurit daşının tarixdə məlum olan ən qədim nümunəsi haqqında məlumata eramızdan əvvəl 2000-ci illərdə Böyük Plininin yazdığı Naturalis Historia kitabında rast gəlinib. İlk dəfə qədim misirlilər tərəfindən toz halına salınan azurit daşından mavi, yaşıl və boz boyalar əldə edilirdi və bu təcrübə Orta əsrlər Avropasında da geniş yayılıb. \\Lent.az