Yaddaşı yaxşılaşdıracaq 3 məhsul
Yaddaşı yaxşılaşdıran qidaların siyahısı tərtib edilib.
Gender.Az lent.az-a istinadən bildirir ki, sözügedən qidalar yeni sinir əlaqələri yaratmağa və sinir sistemini gücləndirməyə kömək edir.
Yeni sinir əlaqələrinin formalaşmasına kömək edən çoxlu apigenin ehtiva edən cəfəri, həmçinin sinir sistemini sakitləşdirən və yaddaşı yaxşılaşdıran flavonoidlər olan çobanyastığın yaddaşa müsbət təsir etdiyi iddia edilir.
Digər vacib məhsul zərdəçaldır. Tərkibindəki yüksək miqdarda curcumin beyin boşluqlarında toplanan patoloji zülalları məhv etməyə kömək edir.
Həmçinin qeyd olunur ki, bu məhsullardan gündə yalnız bir çay qaşığı kifayətdir.
Tarix: 28 may 2024
Baxış: 90
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş