"İnsanların dərisi ilə damarı arasında təxminən iki santımetr piy toxuması olur və dərinin üzərinə qoyulan zəlinin dəridən iki santım aşağıda yerləşən damarla heç bir əlaqəsi yoxdur".
Bu sözləri "varikozu zəli ilə müraciət etmək olarmı?" sualını Sağlamolun.az üçün cavablandıran "Baku City Hospital"ın uzman ürək-damar cərrahı Arzu Vahidoğlu deyib.
O bildirib ki, bəzi insanlar iki həftədə bir ayaqlarına zəli qoyduqlarını, bununla da ayaqlarının ağrısının keçdiyini deyirlər:
"Bəli, ağrılar keçir, çünki, zəli dəriyə dişlərini batırmaq üçün ağrıkəsici bir maye ifraz edir. Amma bunun bir müalicə ilə qətiyyən heç bir əlaqəsi yoxdur".
Həkim vurğulayıb ki, varikozun ən konfortlu müalicəsi hələ də ya lazer müalicəsi, ya da radiofrekansdır:
"İkisini də seçə bilərsiniz. Əmin olun ki, zəlidən qat-qat faydalıdır".
Həkimlə əlaqə saxlamaq üçün 050 742 22 33 mobil nömrəsinə zəng edin!