Kişmiş qan əmələ gətirir. Onu çayın yanında şirniyyat əvəzinə yeyə bilərsiniz.
Mütəxəssislər kişmişi acqarına yeməyi məsləhət görürlər.
Bəs buna səbəb nədir?
Kişmiş qan şəkərini balanslaşdırır. Təbii enerji mənbəyi olan bu qida yüksək miqdarda lif, antioksidantlar və vitaminlər ehtiva edir.
Ac qarına istehlak edildikdə, kişmiş həzm sisteminə müsbət təsir göstərir. Kişmişin tərkibindəki lif həzmi dəstəkləyir, qəbizliyi azaldır və həzmi sürətləndirir.
Onun ehtiva etdiyi təbii şəkərlər sürətli enerji mənbəyi təmin edir və enerji səviyyələrini gün ərzində balanslı saxlayır.
Üzümün tərkibində olan antioksidantlar orqanizmdə sərbəst radikallarla mübarizə aparır, hüceyrə zədələnməsini minimuma endirir, immuniteti gücləndirir və xroniki xəstəliklərin qarşısını alır.
Bundan əlavə, acqarına istehlak edilən kişmiş toxluq hissini artıraraq çəkiyə nəzarət etməyi asanlaşdırır. \\Medicina.az