Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Açıq satılan qidalardan saçan təhlükə-AÇIQLAMA

Yol kənarlarında açıq şəkildə satılan toyuq, balıq məhsullarına tez-tez rast gəlirik. Bu da öz növbəsində orqanizmin sağlamlığına zərər gətirir. Bəs bu riskli məhsullar hansı xəstəliklərin yaranmasına səbəb ola bilər?
 
Mövzu ilə bağlı Qida mütəxəssisi Ağa Salamov "İnformator.az"a açıqlamasında bildirib ki, küçə şəraitində satılan məhsulların istehlakı yolverilməzdir:
 
"Qida təhlükəsizliyi baxımından sözügedən riskli məhsullar soyuq qida zəncirində mühafizə olunmalıdır. Məsələn, ət kəsimi prosesində əti mühit temperaturundan aslı vəziyyətdə saxlamaq olmaz, mütləq soyuducuya yerləşdirilməlidir. Bundan əlavə, ətin emal olunduğu otaq da sərin temperaturda olmalıdır. Yəni 17-18 ° temperaturda 2 saat ərzində emal prosesi bitməlidir. Bu məhsulların bişirilməsi də müəyyən qida təhlükəsizliyi prinsipi əsasında aparılır. 
 
Açıq havada balıqların maşın arxasında satılması hallarına rast gəlirik. Bu riskli məhsullar ya buzun üstündə, yada ki 2-4°temperaturda soyuducuda saxlanılmalıdır".
 
Mütəxəssis onu da vurğulayıb ki, insanlar soyuducuda saxlanılan qida məhsullarına üstünlük verməlidirlər. Əgər bir qida məhsulu 2 saatdan çox açıq havada qalırsa, bu mikrobioloji çirklənmə hesab olunur.
 
 
İlahə Həsənova 

Tarix: 14 may 2024
Baxış: 100

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş