Azərbaycana uşaqların vaksinasiyası üçün yeni peyvənd gətirilib. Körpələri 6 xəstəlikdən qoruyan bu peyvənd heksavaksindir.
Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva deyib
Onun sözlərinə görə "heksavaksin” körpənin 2, 3 və 4 aylığında tətbiq olunmalıdır. Bu, tam vaksinasiya hesab olunur.
Heksavaksin 6 yaşa qədər uşaqlara tətbiq olunur. Hər hansı səbəbdən peyvənməyən 6 yaşdan yuxarı uşaqlar da tibb müəssisələrinə müraciət edərək peyvəndlənə bilərlər.
O da qeyd olundu ki, peyvəndlənmə könüllüdür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: