Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Bu makiyaj vasitələri qocalmanı sürətləndirir - Həkimdən ÇAĞIRIŞ

Yeniyetməlik dövrü fiziki görünüş və imicin əhəmiyyət kəsb etdiyi dövrlərdən biridir. Bu dövrdə yeniyetmələr ətrafdakılar tərəfindən bəyənilmək və diqqət görmək istəyirlər. Məhz bu baxımdan kosmetik vasitələrə meyil artır. Əslində isə makiyaj etmək təkcə yeniyetməlikdə deyil, qız uşaqları üçün hər yaş dövründə maraqlı bir məşğuliyyətdir.
Bəs erkən yaşda makiyaj etməyin nə kimi zərərləri var?
Gender.Az-ın məlumatına görə, mövzu ilə bağlı sfera.az-a danışan dermatoloq Lalə Əhmədova bildirib ki, son zamanlar qız uşaqlarının makiyaj vasitələrindən istifadə etməsi, saçlarını və dırnaqlarını boyaması dəb halını alıb.
“Qızların bu marağı sosial şəbəkələrdən əvvəl evdən başlayır. Analarının kosmetik vasitələrindən, parfumeriya məhsullarından, dırnaq, həmçinin saç boyalarından istifadə etdiyini görən qızlarda artıq maraq oyanır”.
Lalə Əhmədova qeyd edib ki, gənclərin düşünmədən istifadə etdiyi bu məhsullar bir çox problemi yaradır.
“Ağır makiyaj məhsullarından istifadə gənc dərini zədələyir və qocalmanı sürətləndirir. Makiyaj edən qadınlar 515 kimyəvi maddənin təsirinə məruz qalır. Bu maddələr dodaq, dırnaq, saç boyalarının, tonal kremlərin, ətirlərin vasitəsi ilə insanın bədəninə hopur. Məsələn, adi dodaq boyasında 26, dırnaq boyasının tərkibində isə 31 adda kimyəvi maddə mövcuddur. Ətirlərdə isə bu rəqəm 250-dək arta bilir. O səbəbdən də kosmetikadan istifadə edərkən diqqətli olmaq lazımdır”.

Tarix: 16 aprel 2024
Baxış: 125

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş