Göz ətrafı ağrıyanların nəzərinə - Beyin şişi ola bilər...
"Gözdə şiddətli ağrı ilə müşayiət olunan baş ağrısı beyin şişindən xəbər verə bilər".
Bu barədə həkim Elena Malışeva və kardioloq German Qandelman bildirib.
Həkimlər beyin şişinin göz yuvasına yaxın yerləşə biləcəyini bildiriblər.
"Şiş böyüyür və gözə və ya gözü innervasiya edən sinirə təzyiq edir, bu da göz bölgəsində ağrıya səbəb olur", - deyə Qandelman qeyd edib.
"Göz ağrısının qeyri-adi səbəbi oftalmoloji deyil, gözün yanında yerləşən beyin şişidir", - Malışeva əlavə edib.
Bundan əlavə, həkimlər qeyd ediblər ki, gözdə ağrı ilə müşayiət olunan şiddətli baş ağrısı həm də miqrenlə yanaşı başqa xəstəliklərində əlaməti ola bilər. \\Redaktor.Az
Tarix: 15 aprel 2024
Baxış: 129
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş