Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Çörəyimizə gizli qatılan - Xərçəng yaradan 3 maddə

Çörək və bulka nə qədər yumşaq, qabarıq, havalı və iştahlı görünürsə, bir o qədər zərərli ola bilər. Çünki un məmulatını bişəndə qabarıq və hündür saxlamaq üçün xüsusi maddə qatılır.
Rusiyada hər il çörək un məmulatlarının tərkibi monitorinq edilir.
2023-cü ildə aparılan tədqiqatda 190 çörək nümunəsinin yalnız 5%-də təhlükəli semikarbazid və bromat olduğu müəyyən olunub.
Biotexnoloq, terapevt Tatyana Solnçeva unu yaxşılaşdırmaq üçün semikarbazid, bromat kaliy, bromat kalsium una qabarıqlıq, elastiklik və hündürlük vermək üçün qatıldığını bildirib:
Məhz bu əlavələr Gömrük reqlamentində icazə verilən əlavələr siyahısına daxil edilməyib.
“Ekspertizalar göstərib ki, istahsalçılar aşağı keyfiyyətli undan normal məhsul almaq üçün bromat kaliy və digərlərini əlavə edir. Bu zaman yüksək keyfiyyətli undan hazırlanan bulka ilə bu bulkalar arasında gözlə görünən heç bir fərq olmayacaq.
Hər ikisi qabarıq, ağ, yüngül olacaq.
Bromatlar çörəyin karkasını möhkəmlədir, ona yumşaqlıq, havalılıq verir. Belə məhsul həm ucuz başa gəlir, həm də çox satılır.
Sübut edilib ki, semikarbazid və bromatlar insan sağlamlığı üçün təhlükəlidir.
Qida əlavələri cədvəlində bromat kalit E024 a, bromat kalsium isə E924b kimi qeyd olunur. Hər iki maddə kanserogendir, mədə, süd vəz, qalxanvari vəz, prostat xərçənginə səbəb ola bilər”. \\Medicina.Az


Tarix: 08 aprel 2024
Baxış: 134

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş