Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Xroniki yorğunluq, yoxsa psixoloji problem?

Xroniki yorğunluq kifayət qədər istirahətə baxmayaraq, iş səmərəliliyinin azalmasına, gündəlik ictimai həyatdan uzaqlaşmağa və xəstənin özünü daim yorğun hiss etməsinə səbəb olan psixoloji problemdir.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə. bəzi xəstələrdə yalnız yüngül yorğunluq və enerji qıtlığı ilə müşayiət olunsa da, xəstəliyin inkişaf edən mərhələlərində xəstə gündəlik fəaliyyətini belə yerinə yetirə bilmir və bir növ qayğıya ehtiyacı olur:
“Bu sindromu psixoloji problem adlandırmaq olar. Lakin psixoloji amillə yanaşı, zehni və fiziki təsirləri də var. Ruhdan düşmə və hər hansı bir fəaliyyət göstərmək gücünə malik olmadıqlarını hiss etmək xəstələrdə ürəkbulanma, əzələ ağrıları, konsentrasiyanın olmaması və unutqanlıq kimi problemləri ortaya çıxarır.
Sadalanan simptomlarla sağlamlıq müəssisələrinə müraciət edən xəstələrdə aparılan müayinə və diaqnostik testlər nəticəsində xroniki yorğunluq asanlıqla təyin edilə bilər”.
Terapevt bildirib ki, xəstəliyin simptomları bir çox psixoloji xəstəliyə paralel olduğu üçün xəstənin anamnezi ətraflı şəkildə alınmalıdır:
“Eyni zamanda, insanda yorğunluğun və buna bənzər simptomların fərqli bir alt xəstəlikdən qaynaqlandığını tam olaraq anlamaq üçün müvafiq qan testləri və görüntüləmə üsulları araşdırılmalıdır. Xroniki yorğunluq sindromu diaqnozu müəyyən edilən insanlarda müalicə prosesinin necə planlaşdırıldığı zaman xəstəliyin şiddəti, gündəlik həyat və iş fəaliyyətinə təsiri kimi faktorlar da nəzərə alınır”.
Z.Quliyev qeyd edib ki, bütün bunlara görə psixiatrlar, psixoloqlar və digər mütəxəssislər tərəfindən qurulan çoxşaxəli qruplar, diaqnoz və müalicə üsulları təyin olunur. \\Medicina.az 

Tarix: 04 aprel 2024
Baxış: 128

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş