Dəridə keratomlar adlı çıxıntılı səpkilər bədxassəli şişlərin qeyri-tipik, az rast gəlinən əlaməti ola bilər.
Onkoloq Suna İsakova keratomların mədə-bağırsaq ilə bağlılığını bildirib.
“Keratomlar tünd rəngdə, dəridən ayrılan, hamar olmayan xala bənzər səpkidir. Çox zaman onlar mədə-bağırsağın sarkoması zamanı yaranırlar.
Mədə-bağırsaq sarkomasında qarında ağrı, yeməkdən sonra ağırlıq, ürəkbulanma, qusma, arıqlama ilə özünü göstərir.
Çox zaman simptomlar qeyri-tipik, ağlagəlməz olur və elə ilk olaraq özünü dəridə göstərir.
Mədə adenosarkomasında dəri səthində çox qısa müddətdə çox sayda xoşxassəli keratomlar əmələ gəlir. Onları yandırıb, ləğv edəndə də yenə əmələ gəlir.
Dərinin belə reaksiyası mədə-bağırsaq xərçənginə qarşıdır və Lezer-Trep sindromu kimi tanınır.
Keratomlar 40-45 yaşdan sonra insanlarda daha çox yaranır. Əsasən boyun, baş, sinə, kürəkdə olur. Ölçüsü 1-2 millimetrdən 2-3 santimetrə kimi çata bilər”. \\Medicina.Az