Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
"Bayram süfrəsindəki qidalar iki saat ərzində yeyilməlidir" — Zəhərlənə bilərik

Milli bayramımız olan Novruzu əksəriyyət evində təmtəraqlı keçirməyə çalışır. Süfrə tərtibatından tutmuş masaya düzülən təamlara qədər xüsusi zövq və şövqlə bayrama hazırlıq işləri görülür. Milli mətbəximizin zənginliyi, üstəlik digər növ yeməklərin də süfrədə yer alması təəssüf ki, bayram günlərində qida zəhərlənmələrini qaçılmaz edir. 

Qida mütəxəssisi Ağa Salamov Demokrat.az-a açıqlamasında deyib ki, bayramda qida zəhərlənmələrinə daha çox salatlar səbəb olur: 


“Tərkibində mayonez, yumurta, toyuq əti olan salatların emal prosesi ev şəraitində də olsa, iki saat ərzində bitməlidir. Salatları sərin şəraitdə hazırlamaq lazımdır və daha sonra mütləq soyuducuya qoyulmalı və soyuducudan birbaşa süfrəyə təqdim olunmalıdır. İki saatdan çox süfrədə qalmamaq şərtilə yeyilməlidir. Aş-qara, toyuq, balıq, kabab kimi əsas yeməkləri isə isti-isti servis etmək lazımdır. Belə olduqda yemək həm dadını saxlayır, həm də zəhərlənmənin qarşısı alınır. Süfrəyə təqdim olunmuş qidalar mikrobioloji çirklənməyə məruz qalmış, yəni düzgün şəraitdə saxlanılmamış ət olarsa, zəhərlənmə verə bilər. Süfrədə artıq qalmış qidaları soyuducuya qoyub 48 saat ərzində istehlak etmək lazımdır”.

Törə Zeynallı
Tarix: 19 mart 2024
Baxış: 150

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş