Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Bu yağlar xəstəlik yaradır - Mütəxəssisdən XƏBƏRDARLIQ!

Bazarlarda və marketlərdə insanlara kərə yağı adı ilə bir sıra yağlar satılır. Bu yağların heç bir faydalı xüsusiyyəti yoxdur. Hətta orqanizmin metobalizmasını pozmaqla ağır xəstəliklərin yaranmasına səbəb olur.
Bəs əsl kərə yağını rəflərdəki digər yağlardan necə fərqləndirmək olar?
Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, qiymətlərə diqqət yetirmək lazımdır.
“Çünki bir kiloqram xalis kərə yağının alınması üçün 20 kiloqramdan çox süd sərf olunur. Bu qədər xammal sərf edilən məhsulun ucuz qiymətə satılması şübhə doğurmalıdır. Daha sonra məhsulun saxlanma müddətinə diqqət yetirmək lazımdır. Əsl kərə yağları təbii süddən hazırlanır. Süd məhsulları da tez xarab olur. Ona görə, digər süd məhsulları kimi yağın da saxlanma müddəti az olmalıdır".
Mütəxəssis qeyd edib ki, xalis kərə yağının tərkibindənki yağlılıq 82 faizdən az olmamalıdır
“Digər yağlara vurulan parlaq sarı rəng alıcıları adatmaq üçün istifadə olunan üsullardan biridir. Kərə yağının rəngi açıq olur. Xalis kərə yağı bərk olur və öz formasını saxlayır. Əsl kərə yağı digər yağlara nisbətən daha gec əriyir. Kərə yağı qoxusuzdur. Yağ alarkən bu nüansa da xüsusi diqqət yetirmək lazımdır. Kərə yağına bənzər saxta yağlar həzm prosesini çətinəşdirir və mədə xəstəliklərinin yaranmasına səbəb olur”.

Tarix: 15 mart 2024
Baxış: 124

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş