Dünyada demensiyanın artmasının bir səbəbi insanların çox borclanmasıdır.
Gender.Az medicina.az-a istinadla xəbər verir ki, Çin alimləri maddi problemlərin insan beyninə və psixikasına mənfi təsir etdiyini sübut edib.
Onlar 8000-dən çox insanın tibbi məlumatlarını təhlil ediblər.
Məlum olub ki, həyatının müəyyən mərhələsində gəlirini itirmiş, pul itirmiş, borca girmiş insanların beyin fəaliyyətində zəifləmələr olur.
Maddi çətinlik düşünmə qabiliyyətini, yaddaşı və qərar qəbul etmə sürətini pisləşdirə bilər.
İnsan pulunu itirdikdə alışdığı həyat tərzini dəyişir, sabaha görə çox fikir çəkir. Ona görə bu amil sanki beyni bloklayır və demensiya olma ehtimalı artır. İnsan sanki reallıqla barışmır.