Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Fındığın qabığını atmayın - Canan Karatay faydalarından danışdı

Fındığın özü qədər qabıqları da faydalıdır.
Gender.Az xəbər verir ki, Canan Karatayın tövsiyə etdiyi qidalardan biri olan fındığın qabıqları belə şəfalıdır.
Canan Karatay müsahibəsində çay və fındığın insan sağlamlığı üçün çox faydalı olduğunu ifadə edərək “Şəkər əlavə etmədən çoxlu çay için, fındıq yeyin”, – deyə bildirib.
Onun sözlərinə görə, fındıq minerallar, vitaminlər, karbohidratlar və omeqa-3 ilə zəngindir.
“Bundan əlavə, fındığın qabığından hazırlanmış çay da çox vacibdir. Bu çay ən güclü antioksidantları ehtiva edir. Qaraciyər xəstəliklərində və qaraciyər damarlarının açılmasında faydalıdır. Yoğun bağırsaq və uşaqlıq yolunun iltihabına qarşı yaxşı təsir edir.
Fındıq qabıqlarının qaynadılıb suyunun içilməsi soyuqdəymə və qripə xeyirlidir; öskürəyi dayandırır; malyariya və epilepsiya zamanı xəstənin halını yaxşılaşdırır. Bu çayın qan təmizləyici təsiri də var.
Həmçinin bağırsaq florasını və ya ürək-damar sistemini qorumaq istəyənlər də fındığın qabığından faydalana bilərlər”, – deyə C.Karatay vurğulayıb.
Çayın hazırlanması:
Bir ovuc təmizlənmiş fındıq qabığını götürüb qaynayan bir litr suya əlavə edin. Qarışığı on dəqiqə qaynatdıqdan sonra ocaqdan alın və daha on dəqiqə dəmlənməsini gözləyin.
Çayı stəkana süzdükdən sonra bal əlavə edə bilərsiniz.//Medicina.az

Tarix: 07 mart 2024
Baxış: 489

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş