Kahı çox faydalı bir bitkidir. Müalicəvi xüsusiyyətləri də olduqcaq çoxdur.
Kahının bəzi faydalarını təqdim edirik:
Kahıda zəngin C vitamini vardır ki, C vitamini bizim ən çox ehtiyacımız olan bir vitamindir,
Kahının tərkibindəki zəngin antioksidantlar insanı xərçəngdən qoruyur.
Kahıda omeqa-3 də vardır, bu da böyüməkdə olan uşaqlar üçün çox faydalıdır.
Kahıdan arıqlamaq istəyənlər geniş istifadə etməlidirlər, belə ki, kahı bağırsaqları yumşaldır, orqanizmi toksinlərdən qoruyur və yeməkdən əvvəl üzərinə zeytun yağı tökülmüş kahı yemək iştahı zəiflədir.
Kahı dəmirlə çox zəngindir, qan azlığı (anemiya) zamanı çox faydalıdır, saç tökülməsinin qarşısını alır, baş gicəllənmələri və beyin qidalanmasının pozğunluqlarında çox faydalıdır.
Kahının tərkibibindəki zəngin kalium ürək əzələsini gücləndirir, təngənəfəslikdə, ürəkdə oksigen çatışmazlığında, ürək səyrimələrində faydalıdır.
Kahı ana südünü əhəmiyyətli dərəcədə artırır, tərkibindəki kalsium hesabına sümük ərimələrində (osteoporozda) və klimaks keçirən xanımlar üçün faydalı bir qidadır. \\Saglamolun.Az