Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
B12 çatışmazlığını aradan qaldıran qidalar

Əgər özünüzü daim yorğun və tükənmiş hiss edirsinizsə və ümumi əsəbilik halınız varsa, sizdə B12 vitamini çatışmazlığı ola bilər.
Gender.Az xarici mətbuata istinadən xəbər verir ki, B12 bədəndə demək olar ki, yığılmayan bir vitamindir, ona görə də onu gündəlik qidalardan almaq vacibdir.
B12 vitamininin faydaları:
-Dırnaqları, saçı, dərini daha sağlam və güclü edir.
-Ürək-damar xəstəliklərinə qarşı mühüm qalxandır.
-İflic və ya insult riskini minimuma endirir.
-Yüksək təzyiqdən əziyyət çəkənlərə faydalıdır
B12 vitamini çatışmazlığının əlamətləri isə bunlardır:
-Enerji səviyyəsinin azalması, daimi yorğunluq hissi
-Görmə problemləri
-Həzm problemləri, xüsusilə qəbizlik
-Səbəbsiz çəki itkisi, iştahın azalması
-Dərinin nəzərə çarpan solğunluğu və ya sararması
-Əllərdə və ayaqlarda uyuşma
-Təngnəfəslik
-Xüsusilə ağız və dil nahiyəsində yaralar
-Depressiya
-Yaddaşsızlıq
-Saç tökülməsi
-Ürək bulanması
B12 vitamini ilə ən zəngin məhsullar aşağıdakılardır:
-Dəniz məhsulları
-Süd məhsulları
-Yumurta
-Yağlı balıq
-Qırmızı ət

\\Medicina.Az

Tarix: 24 fevral 2024
Baxış: 147

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş