Yoğun bağırsaq xərçəngi riskini azaldan İÇKİ
Gündə bir neçə fincan qəhvə içmək bağırsaq xərçənginin inkişaf riskini, eləcə də onun təkrarlanma riskini xeyli azaldır.
Bu barədə onkoloq Yelena Smirnova bildirib.
Onkoloq qəhvənin xərçəngin qarşısının alınmasında effektivliyinin artıq sübut olunduğuna diqqət çəkib.
"Gündə dörd stəkandan çox içən xəstələrin, gündə iki stəkandan az içənlərə nisbətən təkrarlanma ehtimalı 37 faiz azdır. Kolorektal xərçəng xəstələri arasında ən aşağı ölüm göstəricisi gündə üç-beş fincan qəhvə içənlər arasında olub. Qəhvə qaraciyərin fəaliyyətini də yaxşılaşdırır", - deyə o qeyd edib. \\Redaktor.Az
Tarix: 22 fevral 2024
Baxış: 154
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş