Əzələləri möhkəmləndirir, depressiyanı yox edir... - Zirincin 7 FAYDASI
Çində 700 ildən bəri müxtəlif xəstəliklərin müalicəsində zirincin faydasını görən həkimlər bütün dünyanın diqqətini bu bitkiyə çəkmişdilər. Nəticədə isə ötən əsrin tibb təbabəti, zirincin insan orqanizminə nə qədər faydalı olduğunu tam təsdiq etmişdi.
İnsan orqanizmi üçün zirincin faydalarını təqdim edirik:
1. Bu bitki orqanizmin qocalmasının sürətini azaldır. Onun lifli quruluşu və antioksidant tərkibi orqanizmdə sərbəst radikalların təsirini azaldır və dərini gəncləşdirir.
2. Zirinc psixoloji problemlərin aradan qalxmasına da kömək edir və uzun müddət qəbul etdikdə depressiya əlamətlərini aradan qaldırır.
3.Tərkibində olan C vitamini sayəsində orqanizmin bu vitaminə qarşı olan təlabatını ödəyir və müqviməti artırır.
4. Zirinc tərkibində olan 19 müxtəlif amin turşusu ilə əzələlərin möhkəmlənməsinə yardım edir, orqanizmdən artıq yağların xaric olmasını sürətləndirir.
5. Bu meyvə mədə-bağırsaq fəaliyyətini sürətləndirməklə həzm sistemini normallaşdırır. Gün ərzində zirinc dəmləməsini içənlər onun faydasının görə bilərlər.
6. Çin həkimləri II dərəcəli şəkərli diabet xəstələrinə hər gün zirinc qəbul etməyi tövsiyə edirlər. Çünki onun qanda insulin və şəkəri normallaşdırmaq kimi bir xüsusiyyəti var.
7. Zirinc qanda xolesterolun miqdarını da azaldır. Həkimlər aktiv həyat tərzi yaşayaraq özünü gün ərzində yorğun və halsız hiss edən insanlara zirincin çayını içməyi tövsiyə edirlər.
\\Sağlamolun.az