Xəbər lenti
Reklam
VALİDEYNLƏRİN NƏZƏRİNƏ: Qızılcanın müalicəsi üçün etdiyiniz bu üsullar TƏHLÜKƏLİDİR

Ölkə ərazisində qızılca tüğyan etməyə davam edir. Demək olar ki, bu xəstəlik səbəbindən hər gün ölüm xəbəri də eşidirik.
El arasında bu xəstəliyin müalicəsi üçün bir sıra xalq təbabəti üsullarının olduğu deyilir. Bunlara uzunqulaq südündən istifadə, yoluxan şəxsi qırmızı parçaya bükmək və s. kimi üsullar daxildir.
Bəs bu üsulların tibbi əsası varmı? Bunlar həqiqətən də müalicə prosesində effektivdir?
Bu mövzu ilə bağlı həkim-infeksionist Vasif Əliyev Referans.Az-a verdiyi açıqlamada danışıb.
“Bu üsullar uzun illər ev təbabətində istifadə olunub. Amma hər hansısa bir əsası olmayan vasitələrdir. Keçmiş dövrlərdə doğru-düzgün müayinə və müalicə üsulu olmadığına görə insanlar əllərində olan vasitələrlə müalicə etməyə çalışıblar və bunların effektiv olduğuna özlərini inandırıblar. Müxtəlif qida məhsullarından, ot tərkibli vasitələrdən istifadə də buna daxildir. Təbii ki, müəyyən qidaların vitaminlər baxımlından faydası ola bilər. Lakin yerdə qalan üsullar haqqında bunu demək olmaz”.
Həkim bildirib ki, bu xəstəliyin müalicəsi mümkün olsa da, ondan qorunmaq üçün ən effekiv yol peyvənddir.
“Bu xəstəliyə yoluxmamaq üçün ən doğru yol peyvənd olunmaqdır. Qızılca peyvəndi həm uşaqlarda, həm də böyüklərdə edilə bilər. Bu peyvənd rutin peyvənd sistemində də var. Lakin əgər artıq bu xəstəliyə yoluxulubsa, sadaladığımız üsulların heç bir əhəmiyyəti yoxdur. Yalnız həkim nəzarəti altında, izolə edilmiş bir şəkildə xəstə müalicə olunmalıdır”.
 

Fidan Vəlisoy

Tarix: 10 fevral 2024
Baxış: 194

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş