Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Bədənimizdəki qırmızı nöqtələr nəyin əlamətidir? – SƏBƏB

Dəridə olan qırmızı nöqtələr insanları bir çox hallarda narahat etmir. Ümumiyyətlə, insanların çoxu həmin qırmızı nöqtələrin nə olduğundan xəbərsizdir.
Bəs bədənimizdə olan bu qırmızı nöqtələr nəyə işarədir?
Gender.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan onkoloq Günay Əliyeva bildirib ki, həmin nöqtələr angioma adlanır və onlar xoşxassəli şişlərdir.
“Bu şişlər qan damarlarında və limfa damarlarında müşahidə edilə bilər. Qırmızı nöqtələr dəridə olduğu kimi daxili orqanlarda da yaranır. Eyni nahiyədə angiomaların sayı çoxdursa o angiamatozdur. Qan damarlarının xoşxassəli şişləri hemangioma adlanır. Onların rəngi qırmızı olur. Onlar insan dərisinə səpilmiş qırmızı dənəcikləri xatırladır. Angiomalar üzdə, aşağı ətraflarda və kürəkdə sıx şəkildə meydana gəlirlər. Onların əsas yaranma səbəbi genetikadır. Yaxud embriogenez dövründə damarların işində yaranan hər hansı problemdən qaynaqlana bilər”.
Həkim qeyd edib ki, bir insanda yaranan problem genetik olaraq digər nəsillərə ötürülə bilir.
“Çoxdöllü hamiləlikdə, doğuş zamanı yaranan travmalardan sonra da angiomalar meydana gələ bilər. Əksər hallarda uşaqlar anadangəlmə angioma ilə dünyaya gəlirlər. Angiomalar bəzən zamanla rəngsizləşə və yoxa çıxa bilər. Bu şişlər insanların həyat fəaliyyətində heç bir maneə yaratmır. Lakin hemangioma sürətlə böyüyür və qanaxma verirsə mütləq həkimə müraciət etmək lazımdır”.

Tarix: 07 fevral 2024
Baxış: 129

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş