Qədimdən yay məhsullarını duza qoymaq və qışa saxlamaq kimi bir adətimiz var idi və bu gündə belədir. Ancaq nəzərə alsaq ki, düz dünyanı hibrid və gmo məhsulları caynağına alıb, o zaman yay məhsullarını duza ancaq damaq dadı üçün qoyuruq nəinki qış ehtiyacı kimi. Çünki bazar yay ayları məhsulları ilə doludur. Bura pomidor, xiyar və ekzotik meyvələr satılan yerlərdə yay meyvələrini də misal çəkmək olar Bu sözləri qidaelmi.az sayına qida mütəxəssisi Ağa Salamov deyib.
Ağa Salamovun sözlərinə belə davam edib,zoğalın inanılmaz faydalarını nəzərə alaraq,immun sistemi də başda olmaqla bir çox dərdlərin dərmanı olduğu üçün,təzə zoğalı qışa saxlayıb qış aylarında ara sıra istifadə edirəm.
Zoğalın tərkibində helikobakter pilori bakteriyasının yaratdığı mədə xorası və mədə xərçəngi riskini azalda bilən bitki birləşmələri var.Zoğal yeyildikdə bakteriyaların böyüməsinin qarşısını alaraq mədə xərçənginə tutulma riskini azaldır.
Zoğalın bir faydası da immun sistemini gücləndirmək və soyuqdəymənin təbii dərmanı olmasıdır. Bu da təbi ki, zoğalın tərkibində olan C vitamini sayəsindədir. Eyni zamanda zoğalın tərkibində olan Proantosiyanidin xərçəng hüceyrələrinin çoxalmasının və bəd xassəli şişlərin böyüməsinin qarşısını alır.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov