Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Şişkinliyi aradan qaldırır, damar genişlənməsinə faydalıdır - Təbii YAĞ

Bu xoş ətirli, günəş enerjisi ilə zəngin olan bitki yağı ayaqlar üçün olduqca faydalıdır.
Çobanyastığı yağının ev şəraitində hazırlanma qaydasını və faydalarını təqdim edirik:
Təzə çobanyastığı çiçəklərini yuyub suyunun süzülməsini gözləyin. Tamamilə qurutmağa ehtiyac yoxdur. Gülü bir şüşəyə doldurub üzərini örtənə qədər bitki yağı tökün. Şüşəni 40 gün ərzində qaranlıq yerdə saxlayın və onu vaxtaşırı silkələməyi unutmayın. 40 gündən sonra tənzifdən süzüb başqa bir qaba əlavə edin. Əldə edilən vasitəni soyuducuda saxlamaq lazımdır.
Yağı hər gün genişlənmiş damarların olduğu yerlərə sürtün. Bunu çox diqqətlə və ehtiyatla etmək tələb olunur. Daha yaxşı effekt əldə etmək üçün gecə kompres etmək olar. Çobanyastığı yağından hər gün istifadə etmək çox yaxşı kömək edir.
Bu yağ müalicə effekti ilə bərabər dərini daha yumşaq edir, gərginliyi, stressi, yorğunluğu, həmçinin şişkinliyi aradan qaldırır. \\Saglamolun.Az

Tarix: 23 yanvar 2024
Baxış: 120

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş