ABŞ-da mədəaltı vəzi xərçəngi üçün beş illik sağ qalma nisbəti 13%-ə yüksəlib.
Bu barədə "Healthday" məlumat yayıb.
Mədəaltı vəzi xərçəngi adətən inkişaf etmiş bir mərhələdə aşkar edilir, bu da xəstələrin sağ qalma səviyyəsinin aşağı olması ilə nəticələnir. Bununla belə, Amerika Xərçəng Cəmiyyətinin statistikası göstərir ki, bu xəstəliyə tutulmuş insanların 5 illik sağ qalma nisbəti 13%-ə yüksəlib. On il əvvəl bu nisbət 6% idi, yəni xəstələrin yalnız 6% xərçəng diaqnozundan beş il sonra sağ qala bilirdi.
PanCAN sağ qalma artımını mədəaltı vəzidən kənara yayılmayan xərçəngli xəstələrin aşkarlanması və müalicəsinin təkmilləşdirilməsi ilə əlaqələndirir.
PanCAN prezidenti və baş icraçı direktoru Juli Fleşman "Biz daha çox xəstənin erkən mərhələlərdə diaqnoz qoyulduğunu və daha uzun ömür sürdüyünü görürük" deyib.
Bununla belə, yeni halların və ölüm hallarının sayı artmaqdadır, bu, xüsusilə metastatik xəstəliyi olan xəstələrdə kifayət qədər irəliləyiş olmadığını göstərir. Gənc qadınlarda mədəaltı vəzi xərçənginə tutulma hallarında da artım var ki, bu da piylənmənin artması ilə əlaqələndirilə bilər. Mədaltı vəzi xərçənginin simptomları və risk faktorları haqqında məlumatlı olmaq vəziyyəti yaxşılaşdıra bilər. \\Qaynarinfo