Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Hansı hadisələr insanda post-travmatik stres yaradır? (AÇIQLAMA)

"Bu hadisənin nə dərəcə iz buraxması post-tramvatik stresə çevrilib-çevrilməməsindən asılıdır. Əlbəttə, insan istənilən halda o vəziyyəti yaddaşında saxlayır".
Gender.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Nail Cəlil mebel sexində baş vermiş partlayış nəticəsində dağıntılar altından çıxarılan insanların zamanla həmin hadisəni unudub-unutmamasıdan, yaxud da sonradan bunun onlarda xəstəliyə çevrilib-çevrilməməsindən danışarkən deyib. 
Psixoloq hesab edir ki, travma, yaşantılar dərin deyilsə, tədricən unudula, adi bir hal kimi xatırlana bilər:"İtki, zədə yaşantısı kəskin, dərindirsə, post-travmatik hallar, qəfil qışqırıb yuxudan oyanmalar, davamlı ağrı hissləri və s. qaçılmazdır. Yox, ciddi xəsarət alınmayıbsa, qorxu olmayıbsa, itkilər böyük deyilsə, sonradan normal həyata dönüşü realdırsa, hadisənin mənəvi-psixoloji problemə çevrilmə ehtimalı çox aşağı, sıfra yaxındır". 
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən mebel sexində partlayış baş verib. Partlayış zamanı xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

Tarix: 17 yanvar 2024
Baxış: 216

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş