Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Əl kremi əvəzinə bunu sınayın - Təbii VASİTƏLƏR

Qış aylarında əllərimiz davamlı olaraq qurumağa və çatlamağa başlayır. Buna görə də bir çox insan müxtəlif əl kremləri alır. Ancaq əl kremi üçün pul ödəmək əvəzinə təbii məhsullardan istifadə etməklə əllərinizi olduğu kimi cibinizi də qoruya bilərsiniz.
Əl kremi əvəzinə istifadə edə biləcəyiniz təbii məhsulları təqdim edirik:
Hindistancevizi yağı:  Kokos yağı tərkibindəki təbii yağ turşuları ilə dərinin nəm balansını qorumağa kömək edir. Hər gecə əllərinizə nazik bir qat kokos yağı sürtməklə əl baxımınızı təbii şəkildə tamamlaya bilərsiniz. Hindistancevizi yağı əllərin çatlamasının və qurumasının qarşısını alacaq. 
Aloe vera:  Aloe vera bitkisinin tərkibindəki təbii gel əl və dəriyə qulluqda dəstəkləyici məhsuldur. Əllərdəki ölü hüceyrələri təmizləyərək əllərinizin təbii nəmliyini və yumşaqlığını qaytarmasını təmin edir. Aloe vera gelini krem kimi əllərinizə çəkin və 20 dəqiqə gözlədikdən sonra əllərinizi yuyun. Bu şəkildə aloe vera gel dərinizi qoruyacaq. 
Zeytun yağı:  Tərkibindəki təbii yağ turşuları sayəsində dərini yeniləyən və qidalandıran zeytun yağını normal bir əl kremi kimi əllərinizdə istifadə edə bilərsiniz. Əllərinizə nazik təbəqə ilə zeytun yağı sürtmək əllərinizi qurumadan və çatlamadan qoruyur, eyni zamanda bu nahiyədəki qanaxmaları aradan qaldırır və əllərinizi soyuqdan qoruyur. 
Kakao yağı:  Kakao yağı dərini qidalandırır və ölü hüceyrələrin bərpasını təmin edir. Gecə yatmazdan əvvəl dərinizə nazik bir təbəqə kakao yağı sürtmək dərinin itirdiyi təbii nəmliyi bərpa etməyə kömək edəcək.  \\Sağlamolun.az 

Tarix: 05 yanvar 2024
Baxış: 119

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş